Qurudulmuş meyvələr sağlamlığımız üçün vacib qəlyanaltılardır. Bu kateqoriyaya daxil olan qurudulmuş əncir qida dəyəri baxımından çox zəngindir və bir çox faydalar təqdim edir.
Foodinfo.az qurudulmuş əncirin sağlamlığa möcüzəvi təsirlərini təqdim edir:
1. Tərkibindəki liflər sayəsində həzm sisteminin sağlamlığını dəstəkləyir və qəbizliyin qarşısını alır. Həm də həzmi asanlaşdırır.
2. Liflə zəngin olduğu üçün toxluq hissi verir və çəkiyə nəzarət etməyə kömək edir.
3. Antioksidant xüsusiyyətləri sayəsində bədəni sərbəst radikallardan qoruyur və qocalmanı gecikdirir.
4. Kalium sayəsində təzyiqi tənzimləyir və ürək sağlamlığını qoruyur.
5. Tərkibindəki dəmirlə qan azlığı riskini azaldır.
6. Quru əncirin tərkibində olan B vitaminləri sinir sisteminin sağlamlığını dəstəkləyir və stressin öhdəsindən gəlməyə kömək edir.
7. Kalsiumla zəngin olduğu üçün sümük sağlamlığını gücləndirir.
8. Tərkibindəki təbii şəkərlər enerji verir və performansı artırır.