Azərbaycanda toyuq ətləri də bahalaşır. Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, bu barədə satış məntəqələrindən məlumat əldə edilib. Məsələn, 1 kq sümüklü broyler toyuq ətinin qiyməti 4,30 manatdan 4,50 manata, 1 kq toyuq filesinin (döş əti) qiyməti isə 6,80 qəpikdən 7 manata yüksəlib. "Bir müddət əvvəl 1 kq sümüklü toyuq ətinin qiyməti 3,80 manat idi. Sonradan qiymətlər hər dəfə 20-30 qəpik olmaqla artırılaraq 4,50 manata çatdırıldı", - satıcılardan biri  bildirib. Xəbər verdiyimiz kimi, ölkəmizdə mal və qoyun ətləri də bahalaşır.