Əgər yetkinsinizsə, o zaman süd içməməlisiniz - bu, hər gün qarşılaşdığımız mifdir. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yuliya Xlopova Life.ru saytına danışıb.
Onun sözlərinə görə, laktoza dözümsüzlüyü həqiqətən mövcuddur, ancaq bir sıra həkim müayinəsindən keçərək bunu öyrənə bilərsiniz. Süd içərkən narahatlıq hiss edirsinizsə, nə yediyinizə və nə içdiyinizə diqqət yetirin, çünki çarpaz reaksiya mümkündür.
Ekspert hesab edir ki, südün həzm edilməsini təmin edən ferment yaşla yox olmur, bu fərdi reaksiyadır.
Leyla