Əgər yaşınız 55-i keçibsə, vücudunuzun qidalanmasına xüsusi diqqət yetirməlisiniz. İlbəil ürək-damar sisteminin daha çox qayğısına qalmaq və şəkər səviyyəsini normada saxlamaq vacibdir

Foodinfo.az xəbər verir ki, yaşlı insanlar rasionlarına qarabaşaq yarmasını əlavə etməlidirlər.

Bunun bir neçə səbəbi var:

1. Tərkibindəki maqnezium qan damarlarını gücləndirir və təzyiqi stabilləşdirir.
2. tərkibindəki rutin (vitamin P) damar kövrəkliyinin qarşısını alır.
3. Ateroskleroz və bir sıra digər xəstəliklərin qarşısını alır.
4. Tərkibindəki lif sayəsində şəkər səviyyəsini tənzimləyir.

Necə bişirilir?

Soyuq suda yuyun. 1:2 nisbətində su ilə təxminən 20-25 dəqiqə bişirin.
Dadlandırmaq üçün zeytun yağı və ya qoz-fındıq əlavə edə bilərsiniz.

Qarabaşaq yarmasından başlayın və sağlamlığınız sizə təşəkkür edəcək! Rasionunuzu daha sağlam və dadlı etmək şansını qaçırmayın.