Alaqanqalın yaşıl zoğları vitaminlərlə zəngindir. Erkən yazda yolların, tarlanın kənarlarında, biçənək və otlaqlarda onunla tez-tez rastlaşmaq olar. Gövdəsinin ətrafında tikanlardan təmizlənərək yumşaq yaşıl zoğları 15-20 gün ərzində yeyilir. O qədər də dadlı olmasa da, çox faydalıdır. Zoğları bərkiyəndən sonra yeyilmir. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, alaqanqalda zəngin silimarin maddəsi var. Silimarin bitkinin yaşıl hissəsində daha çox olur. Ona görə də köpdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin yaşıl alaqanqal öd ifrazını artırır, ağız acılığı və öd qatılığı zamanı faydalı təsir göstərir. Dəri ləkələri olanların çoxlu alaqanqal yeməsi məsləhətdir, əsasən öd və qaraciyərdən qaynaqlanan ləkələr üçün xeyirlidir. Vitamin və minerallarla zəngin olduğuna görə uşaqlar üçün də faydalıdır. Alaqanqalın təzə-tər zoğlarının yeyilməsi yeni qan yaradır, böyrəkləri təmizləyir, böyrək daşları və sidik kisəsi iltihabı zamanı çox faydalı nəticə verir. (Azərtac)