Alma çəyirdəyinin tərkibində bir çox nadir və faydalı maddələr var.
Foodinfo.az xəbər verir ki, çox vaxt həkimlər almanı bütöv şəkildə, yəni qabıq və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.
Gün ərzində 5-6 alma çəyirdəyindən artıq yemək məsləhət görülmür, çünki tərkibindəki sionid turşusu güclü zəhərdir və orqanizmdə onun çoxluğu zəhərlənməyə səbəb ola bilər. Alma çəyirdəyi xərçəng əleyhinə təsirə malikdir, tərkibi B17 vitamini, yod və kaliumla zəngindir. Kalium isə ürək-damar sistemi üçün ən vacib olan mineraldır.
Alma çəyirdəyində olan fol turşusu qanın tərkibini təmizləyir, dəriyə çox müsbət təsir göstərir.
© AZƏRTAC