Rusiyalı dietoloq Antonina Starodubova ananasın faydalı xüsusiyyətlərindən danışıb.
Foodinfo.az xəbər verir ki, mütəxəssis “Moskva 24” saytına müsahibəsində bildirib ki, bu ekzotik meyvənin tərkibində beta-karotin, C, B1, B2, B6 və PP vitaminləri, kalsium, maqnezium, sink, yod, həmçinin üzvi turşular və lif var.
Belə ki, lif mədə-bağırsaq traktının funksional vəziyyətinə müsbət təsir göstərir və lipid mübadiləsini normallaşdırmağa kömək edir.
Eyni zamanda o qeyd edib ki, ananasın təzə və gündə 250-300 q-dan çox olmayan istehlak edilməsi tövsiyə olunur.
Leyla