Jarlsberg pendiri elm adamları tərəfindən ən sağlam pendir kimi tanınır. Diyetoloq Yelena Solomatinanın "Veçernaya Moskva"ya verdiyi məlumata görə, onun tərkibində daha az yağ və xolesterin var.

"Bu növ pendirin tərkibində çoxlu miqdarda K2 vitamini var. O, kalsiumun lazım olan yerdə sorulması və sümüklərdə təyinatına getməsi, damarın içərisinə çökməməsi və aterosklerotik lövhə əmələ gətirməsi üçün lazımdır. Bu halda, kalsium xolesterolun üzərinə qoyulur, sərtləşir və bu, sağlamlıq üçün təhlükəlidir”, - deyə Solomatina bildirib.

Onun sözlərinə görə, kalsium damarlarda qalmamalı, sümüklərə getməlidir, əks halda ateroskleroz, insult və infarktdan yaranan fəsadların riski artır. K vitamini onun sorulması üçün lazımdır.