Böyük Britaniyanın Milli Səhiyyə Xidməti gecələr 7-9 saat yatmağı tövsiyə edir. Bununla belə, statistika göstərir ki, hər üçüncü şəxs həyatında ən azı bir dəfə yuxu problemi yaşayır. Lakin bəzi qidalar daha yaxşı yatmağınıza kömək edə bilər. Onlardan biri balqabaq tumudur.
Foodinfo.az xəbər verir ki, bu barədə Tibb Elmləri Akademiyasının baş müəllimi Aleks Ruani və "Goodness Me"nin dietoloqu Anna Mepson danışıblar.
Onlar qeyd ediblər ki, balqabaq tumunda maqnezium var. Bu mineral isə miorelaksant (əzələ rahatladıcı) rolunu oynayır və yuxunu yaxşılaşdırır. Bundan əlavə, küncüt, günəbaxan, kətan toxumları, badam və qurudulmuş kəklikotu da maqnezium mənbəsi hesab olunur.
Alimlər hesab edirlər ki, maqnezium mərkəzi sinir sistemini rahatlada və bədəndə kimyəvi reaksiyalara səbəb ola bilər. Bu da yuxululuğu artırır.