Bir çoxları şam yeməyinə yetərincə diqqət yetirmirlər: ya "əllərinə keçəni" yeyirlər, ya da ümumiyyətlə imtina edirlər.
Foodinfo.az xəbər verir ki, diyetoloq Marina Sorokina şam yeməyini ötürməməyin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, boşqabda mütləq zülal və yağlar olmalıdır. Bu o deməkdir ki, ideal şam yeməyi qaynadılmış toyuq əti və düyü, kotlet və qarabaşaq yarması, tərəvəzlər, dəniz məhsulları və yüngül tərəvəz salatından ibarətdir.
Lakin karbohidratlarla zəngin qidalardan çəkinmək daha yaxşıdır.
Dietoloq şam yeməyinə kartof püresi və ya qızaran kartof, makaron və ya tez bişən sıyıq yeməməyi tövsiyə edir.
"Qadağan olunanlar" siyahısına həmçinin aşağıdakılar daxildir:
şirniyyat və çörək məhsulları
kolbasa
hisə verilmiş ətlər
duza qoyulan tərəvəzlər.
Bunların hamısı susuzluq yaradır, sonra isə şişkinliyə və mədə-bağırsaq traktında problemlərə səbəb olur. Bu halda, təbii ki, gecəni də narahat yatacaqsınız.
Nurlan