“Level Kitchen” xidmətinin diyetoloqu və sağlam qidalanma sahəsində mütəxəssisi Tatyana Meşçeryakova bildirib ki, şam yeməyinin kalori miqdarı 400-600 kkaldan çox olmamalıdır.
“Axşam yeməyi gündəlik pəhrizin 20-25%-dən çoxunu təşkil etməməlidir. Düzgün pəhrizlə səhər yeməyi gündəlik həcmin 25%-ni, nahar 35-40%-ni, qalan 10-20%-ni isə qəlyanaltılar təşkil edir”, - o, Gazeta.Ru-ya müsahibəsində bildirib.
Ekspertin qeyd etdiyi kimi, şam yeməyinin dörddə biri zülallı qida, yarısı qaynadılmış və ya bişmiş tərəvəz şəklində garnitür, dörddə biri isə salat göyərti və ya çiy tərəvəzdir.