Günün ortasında qəflətən başınız gicəllənir? Bunu hiss etdiyiniz zaman sizə kömək edə biləcək bəzi qidalar var. 

 Foodinfo.az başınız gicəllənəndə həmişə çantanızda olması lazım olan qidaları təqdim edir.

Meyvələr su ilə doludur və lif, kalium və vitaminlər kimi bir çox qida ehtiva edir. Başınız gicəllənəndə banan, şaftalı, alma və üzüm yeyin.

Badam, anakardiya (kaju) və qoz özünüzü yorğun hiss etdiyiniz zaman yemək üçün əla qəlyanaltılardır, çünki onların tərkibində yağ turşuları və vitaminlər var.

Çantanızda həmişə müxtəlif çərəzin olduğundan əmin olun. Onlar həm qan təzyiqiniz, həm də qan şəkəriniz üçün çox yaxşı seçimdir.

Başınız gicəllənəndə xiyar və yerkökü yeyə bilərsiniz. Onlar başgicəllənməyə dərhal kömək edə biləcək dəmir, kalium və vitaminlərlə zəngindir. Gözəl bir salat qabı hazırlayın və bütün tərəvəzləri əlavə edin.

Fındıqlı granola ( bal və digər təbii maddələrlə qarışdırılmış qoz-fındıq və taxıllardan hazırlanmış qida) həm zülal, həm də karbohidrat ehtiva edən qəlyanaltılardan biridir. Həmişə çantanızda granola barları saxlayın, çünki onlar başgicəllənmə zamanı xilaskar ola bilər.

Bəzi insanlar üçün çox şirin görünsə də, bal başgicəllənmə hiss etdikdə istehlak etmək üçün ən yaxşı qidalardan biridir. Bal başgicəllənmədən qurtulmanıza və qan şəkərinizi dərhal yüksəltməyə kömək edən bir karbohidratdır.