Bədəndəki iltihab infeksiyalarla mübarizə aparmaq üçün bədənin immun sisteminin cavabıdır. Lakin bəzi hallarda orqanizmdə iltihab sabitləşə və xroniki iltihablı vəziyyət yarana bilər. Xroniki iltihab bir çox sağlamlıq problemlərinə səbəb ola biləcək bir vəziyyətdir və bu vəziyyətlə mübarizə aparmaq çox vacibdir.

Foodinfo.az xəbər verir ki, bədəndə iltihabı azaltmaq və iltihabı idarə etmək üçün müntəzəm olaraq antiinflamatuar qidalar istehlak etmək çox faydalıdır. 

İltihabı azaltmağa kömək edə biləcək bəzi qidalar bunlardır: 

BALIQ 

Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və bədəndəki iltihabı azaltmağa kömək edir. 

SARIKÖK 

Sarıkök kurkumin adlı birləşmə sayəsində antiinflamatuar xüsusiyyətlərə malikdir və bədəndəki iltihabı azaldır.

QARAGİLƏ 

Qaragilə antioksidantla zəngin bir meyvədir və bədəndəki iltihabı yox edir. 

BROKOLİ 

Brokoli kimi tərəvəzlər bədəndəki iltihabı azaltmağa kömək edən antioksidant və antiinflamatuar birləşmələrə malikdir. 

ZEYTUN YAĞI 

Zeytun yağı oleokantal adlı komponent sayəsində bədəndəki iltihabı azaldır.

YAŞIL ÇAY 

Yaşıl çay tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihaba təsir edir.