Hər gün çiyələk yemək idrak və intellektual qabiliyyətləri artırır, həmçinin qocalıqda demans inkişaf riskini azaldır. Tədqiqatın müəllifləri Cincinnati Tibb Mərkəzi Universitetinin alimləri olub, onun nəticələri Nutrients jurnalında dərc olunub.
Eksperiment üçün 50-65 yaş arasında olan 5 kişi və 25 qadın seçilmiş, onlar məlumatın zəif qavranılmasından və Alzheimer xəstəliyi də daxil olmaqla, yaşlanma xəstəliklərinin xəbərçisi olan unutqanlıqdan şikayətlənirlər. Tədqiqatdan əvvəl subyektlərin qan analiz üçün götürülüb, sonra iştirakçılar iki alt qrupa bölünüb.
Bəzilərinə səhər yeməyində qurudulmuş və toz halında çiyələk yemək təklif olunub. İkinci qrupa yalnız imitasiya giləmeyvə verildi. Üç aydan sonra mütəxəssislər qan göstəricilərini yoxlayıb, həmçinin iştirakçıların zehni qabiliyyətlərini qiymətləndiriblər. Məlum olub ki, qida rasionunda çiyələk olan təqaüdçülər istənilən məlumatı daha yaxşı yadda saxlamağa və təhlil etməyə başlayıblar.
Mütəxəssislər əmindirlər ki, söhbət polifenollarla zəngin olan çiyələklərin tərkibindən gedir. Məhz bu elementlər qocalıqda demans və depressiyanın inkişafını ləngidə bilən təbii antioksidant rolunu oynayır. İndi eksperimentin müəllifləri təcrübələrini dərinləşdirməyi və nəticələri xəstələrin müalicəsi üçün praktikada tətbiq etməyə çalışmağı planlaşdırırlar.
Leyla