İmmunitetsiz insan mövcud ola bilməz. Bütün limfositlər, leykositlər, faqositləri immun sistem idarə edir. İmmunitet uşaq ikən formalaşır, əgər ciddi autoimmun xəstəliklər yoxdursa, immunitet əvvəldən dəyişməz olaraq qalır. Lakin müəyyən səbəblərdən zəifləyə bilər. Orqanizmin müqavimət qabiliyyətinin azalması immun sistemin işinin zəifləməsi deməkdir. Foodinfo.az medicina.az-a istinadən böyüklərdə immunitetin zəifləməsini göstərən əlamətləri təqdim edir: -Tez-tez xəstələnir, sağalması uzun çəkir -Az iş görsə də tez yorulur -Yaraları gec sağalır -Ağızın içi, damaq, selikli qişalarında yaralar, zədələnmələr, səpmələr olur -Nəmalum səbəblərdən hərdən bir nahiyəsi ağrıyır -İştahı zəifdir -Saçları, dırnaqları, dərisinin vəziyyəti yaxşı deyil İmmunitet zəifliyi insanı öldürməz, amma elə qəza, travma, infeksiyalar, viruslara yoluxma ola bilər ki, ağırlaşmalar baş verə bilər. İmmunitet nədən zəifləyir? 1. Xroniki stress, əsəbdən 2. Genetik, irsi faktorlar 3. Ciddi əməliyyat sonrası, xəstəliklərdən 4. Yaşla əlaqədar 5. Zərərli qidalanma səbəbindən mineral və vitamin çatışmazlığı 6. QİÇS, İİV, hepatit 7. Digər xroniki ağır xəstəliklər İmmuniteti qaldıran hər hansı dərman, tablet, iynə yoxdur. İmmunstimulyatorlar heç bir təsir etmir. Sintetik vitamin həbləri və BAD-lar da immuniteti qaldırmır. Amma orqanizmin vitamin, mineral balansını düzəltməklə, yaxşı qidalanmaqla, əsəbləri sakitləşdirməklə immuniteti qaydaya salmaq olar. Daha çox balıq, dəniz məhsulları, tərəvəzlər, meyvələr, müxtəlif bitkilər, çaylar, smuzilər qəbul edə bilərsiz. Avokado, brokkoli, yumurta sarısı, istiot, balqabaq, kök, çuğundur, bal, qara zirə, kətan toxumu, qaraciyər, sümük suyu, qarabaşaq, sitsur meyvələri, gün işığı, sakitləşdiricilər immunitet üçün vacibdir.