Günəbaxan tumu Alzheimer xəstəliyinin inkişaf riskini azaltmağa kömək edə bilər, çünki tərkibində bunun üçün vacib olan E vitamini var.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Marina Makişa “Rossiya-1” telekanalında “Ən mühüm şey haqqında” verilişində danışıb.

Aparıcı reabilitasiya həkimi Sergey Aqapkin əlavə edib ki, tədqiqatlardan biri E vitamininin demensiyadan əziyyət çəkən insanların sağlamlığına necə təsir etdiyini göstərib – ekspertlər müəyyən ediblər ki, bu vitamini iki il qəbul edəndə xəstəliyin inkişafı ləngiyib.

Müxtəlif toxumlarda vitaminin miqdarına gəlincə, Makişanın sözlərinə görə, balqabaq toxumundan daha çox günəbaxan toxumunda olur. Həkim onları salatlara əlavə etməyi tövsiyə edib.

Nurlan