ABŞ-ın Qərbi Yeni İngiltərə Universitetinin alimləri üzümün heyrətamiz xüsusiyyətlərini aşkar ediblər. Məlum olub ki, bu giləmeyvə yemək ömrü beş il uzada bilər.
Bir sıra eksperimentlərdə siçanlar Qərb ölkələrində tez-tez yeyilən yüksək yağlı qida ilə qidalanıb. Onlara həmçinin bir səbət giləmeyvə ilə bərabər gündəlik əlavə üzüm tozu da verilirdi. Laborator gəmiricilər daha az qaraciyər piyinə malik idilər və yaşıdlarından daha uzun yaşayırdılar.
Tədqiqatda müşahidə edilən dəyişiklik insanın həyatının əlavə dörd-beş ilinə uyğun olacaq.
Komanda həmçinin üzümün neyron funksiyasını yaxşılaşdırdığını, Alzheimer xəstəliyindən qoruduğunu və maddələr mübadiləsini sürətləndirərək kalori yandırmağa kömək etdiyini müəyyən edib.
Nurlan