Turşu kələmin müntəzəm istehlakı maddələr mübadiləsini yaxşılaşdırmağa, bağırsaq mikroflorasını zənginləşdirməyə və bədənin ümumi sağlamlığını yaxşılaşdırmağa kömək edir.
Lent.az xəbər verir ki, bunu qastroenteroloji qidalanma mütəxəssisi Ketrin Neş “The Sun” nəşrinə bildirib.
Onun sözlərinə görə, turşu kələm bağırsaq mikroflorasının müxtəlifliyini artıran fermentləşdirilmiş qidalar kateqoriyasına aiddir.
Neş qeyd edib ki, turşu kələm bağırsaq arıqlamaq üçün faydalıdır və həmçinin immuniteti gücləndirməyə kömək edir.