Endokrinoloq və dietoloq Yelena Çurakina Qazeta.Ru-ya ən sağlam çərəz növləri haqqında danışıb.
Foodinfo.az xəbər verir ki, həkim qozun omeqa-3 yağ turşuları və E, PP, K və B vitaminləri ilə zəngin olduğunu qeyd edib. Bildirib ki, bunlar birlikdə ürək-damar xəstəlikləri riskini azaltmağa, yaddaş və diqqət kimi koqnitiv funksiyaları yaxşılaşdırmağa kömək edir.
Badamın tərkibində A, C, E vitaminləri və B qrupu var - orqanizmi oksidləşdirici proseslərdən qorumağa kömək edən təbii antioksidantlar. Vitamin E də dərinin vəziyyətini yaxşılaşdırır və yaşlanma əlamətləri ilə mübarizə aparmağa kömək edir.
Fındıq xolesterinin səviyyəsinin azaldılmasında iştirak edən mono doymamış yağlar, həmçinin koqnitiv funksiyanı yaxşılaşdırmağa və yaşa bağlı beyin xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edən çoxlu doymamış yağ turşuları etiva edir.