Meyvələr sağlam qida hesab edilir, lakin arıqlamaq istəyərkən həddindən artıq istehlak edilməməlidir. Foodinfo.az xəbər verir ki, diyetoloq Maykl Mosli arıqlayanları üç meyvədən imtina etməyə çağırıb.
Sağlam sayılan bəzi meyvələr əslində xeyirdən çox zərər verir, çünki tərkibində çox miqdarda şəkər var. Dietoloq sizi ananas, qovun və manqodan imtina etməyə çağırır. Bunun əvəzinə pəhrizinizə giləmeyvə əlavə edə bilərsiniz.
Həmçinin arıqlamağa çalışan insanlar üçün Maykl Mosli zülal, yağlı balıq, karides, toyuq, hinduşka, toxum, qoz-fındıq və süd məhsullarının qəbulunu artırmağı tövsiyə edir.
Tərəvəz yemək də vacibdir. Nə qədər rəngarəng və müxtəlif olsalar, bir o qədər yaxşıdır.
Leyla