Balıq ən faydalı qidalardan hesab olunur. Lakin tərkibində civənin olması ehtimalına görə mütəxəssislər balığı həftədə 2 dəfədən çox yeməməyi məsləhət görürlər.
Foodinfo.az xarici mətbuata istinadən oxucuları daha ucuz və daha faydalı olan balıq barədə məlumatlandırmaq istəyir.
Diyetoloqların fikrincə, kilkə balığı həm dadlı, həm faydalı, həm də cibə uyğundur. Bu balıq bahalı qızılbalığından da faydalıdır, çünki tərkibində civə yoxdur və çoxlu faydalı maddələr var, ona görə də istənilən qədər yeyilə bilər.
Məsələn, kilkə böyük miqdarda yod ehtiva edir, bu isə qalxanvari vəzin normal fəaliyyəti üçün zəruri olan elementir. Tərkibindəki omeqa-3 və digər faydalı yağ turşuları yaddaşı yaxşılaşdırmağa kömək edir. Bu balıq ürək problemlərindən qoruyur, qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Lakin kilkədən maksimum fayda əldə etmək üçün onu düzgün bişirmək lazımdır. Hazır konservləşdirilmiş və ya duzlu kilkə məsləhət deyil. Yüksək keyfiyyətli təzə məhsul seçmək daha yaxşıdır. Balığın bütün faydalı maddələrini mümkün qədər saxlaması üçün onu qaynatmaq yaxşı olar. Diyetoloqlar bu balığı hazırlayarkən çoxlu soğan əlavə etməyi və heç bir halda bol yağda qızartmamağı məsləhət görürlər.