Payız mövsümündə bir çoxları soyuqdəymədən, nəticədə də burun tutulmasından əziyyət çəkirlər.
Foodinfo.az bu problemi həll etməyə kömək edəcək sadə və sınanmış dəmləmənin reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
5 sm böyüklükdə zəncəfil kökü
1 limon
1 xörək qaşığı bal
500 ml su
Hazırlanma qaydası:
1. Zəncəfili doğrayın, üzərinə su əlavə edib 10 dəqiqə qaynadın.
2. Ocağı söndürdükdən sonra limon suyu və bal əlavə edin.
3. Soyudub ilıq vəziyyətdə için.
Bu dəmləməni rahat və sağlam yuxu üçün yatmazdan əvvəl də içmək məsləhətdir.