Beynəlxalq alimlər qrupu yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində istifadə olunan "Remdesivir" dərmanından daha təsirli olması qənaətinə gəliblər. Foodinfo.Az ted.az-a istinadən bildirir ki, "Cell Discovery" jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin - heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər. Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə "Remdesivir" də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir. "Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər. Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək, hətta qarşısını almaq mümkündür", - deyə tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.