Mütəxəssislər damar tıxanmasının qarşısını almaq üçün hansı qidaların istehlak edilməli olduğu barədə məlumat verib. Foodinfo.az xəbər verir ki, damar tıxanması, xolesterolun artması və damarlarda həddindən artıq yağ yığılması səbəbindən bəzi qidaların normal qan axınının qarşısını alır. Bu səbəblə bu damarları təmizləyən qidaları bilməli və balanslı şəkildə istehlak etməliyik.

Sarımsaq: Tərkibində K, B1, B2, B, C vitaminləri və müxtəlif minerallar var. Beləliklə, bədəndəki vacib antioksidanları artırır.

Noxud: 100 qramında cəmi 163 kalori var və toxluğu artırır. Bundan əlavə antioksidanlar sayəsində ürəyi və damarları qoruyur.

Skumbriya: Omeqa 3 yağ turşularında boldur. 100 qramında 1,2 qram omeqa 3 ehtiva edən skumbriya ürək-damar xəstəlikləri riskini xeyli azaldır. Bu yağ turşuları damarların elastikliyinə təsir edərək və bədən daxilində iltihabın qarşısını alaraq qan laxtalarının əmələ gəlməsinə qarşı mübarizə aparır.

Kakao: Tərkibində epikateşin kimi çoxlu flavonoid var. Bu antioksidanlar bədəni qoruyur. Xüsusilə, damarları bağlayan xolesterin və laxtaların əmələ gəlməsini azaldır və ürək-damar sağlamlığını dəstəkləyir.

Pomidor: Pomidora qırmızı rəng verən antioksidant olan likopen, ürəyi qan laxtalarının əmələ gəlməsindən qoruduğunu göstərir. Qabıqlı bişmiş pomidorlarda daha yüksək miqdarda olur.

Nurlan