Endokrinoloqu Angela Tolmasova oynaq xəstəlikləri üçün pəhrizə dənli bitkilərin əlavə edilməsini tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, o, bütün taxıllar orqanizmin hüceyrələrini zədələnmədən qoruyan B vitaminləri və antioksidantlarla zəngin olduğunu bildirib. Belə ki, taxılın tərkibində “pis” xolesterolun yağ turşularını bağlayan, onları bədəndən dərhal xaric edən çoxlu lif var.

Mütəxəssisin qeyd etdiyi kimi, araşdırmalar göstərib ki, tam taxıllı dənli bitkilər yemək oynaq xəstəliklərinə kömək edir, şəkərli diabet, yüksək təzyiq və ürək xəstəlikləri riskini azaldır.

Odur ki, məhsul alarkən onların tərkibinin təsvirinə diqqət yetirin. Çox vaxt istehsalçılar bəzi bişmiş məhsulların bütün taxıl kimi görünməsi üçün sadəcə qəhvəyi rəng əlavə edirlər. Məhsulun tərkibində ilk inqrediyent kimi “bütöv taxılları” axtarın.

Nurlan