Depresiyaya qarşı mübarizədə bəzi qidalar böyük rol oynaya bilər. Sağlam qidalanma beyindəki kimyəvi maddələrin balansını təmin edərək əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Foodinfo.az xəbər verir ki, omega-3 yağ turşularıö beyindəki sinir hüceyrələrinin düzgün işləməsi üçün vacibdir. Somon, sardina, qoz və çia toxumu kimi qidalar omega-3 mənbələridir. Bu yağ turşuları depressiya simptomlarını yüngülləşdirə bilər.

B6 və B12 vitaminləri sinir sistemi üçün vacibdir və əhval-ruhiyyəni tənzimləyir. Ət, yumurta, süd məhsulları və yaşıl yarpaqlı tərəvəzlər B vitaminləri ilə zəngindir.

Maqnezium sinir sistemi və əzələ funksiyası üçün əhəmiyyətlidir. İspanaq, badam, avokado və qara şokolad kimi qidalar maqneziumla boldur və stressi azaldır.

Serotonin əhval-ruhiyyəni tənzimləyən bir kimyəvi maddədir. Banan, yulaf, qoz və pomidor kimi qidalar serotonin səviyyəsini artırmağa kömək edir.

Antioksidantlar hüceyrələri zərərli sərbəst radikallardan qoruyur. Meyvə və tərəvəzlər (xüsusilə giləmeyvələr) antioksidantlarla zəngindir və beyindəki iltihabı azaldır.