Pendir, balıq və şərab insanlarda depressiya riskini azaldır”.
Foodinfo.az xəbər verir ki, bu tövsiyəni rusiyalı həkim Serqey Aqapkin və dietoloq Marina Makişa bildirib.
Mütəxəssislər vurğulayıblar ki, həmin məhsullarda bədəndə serotoni əmələ gətirən amin turşusu boldur. Məsələn, qida rasionunda pendirə üstünlük depressiyaya düşmə riskini yox edir. “Triptofanın daha yaxşı işləməsi üçün səhər təxminən yarım saat parlaq işıqda olmaq lazımdır”, – deyə dedi Aqapkin bildirib.
Həkimlər depressiyaya qarşı digər məhsul kimi tərkibində omeqa-3 olan dəniz balığını tövsiyə edirlər. “Omeqa-3 ilə zəngin qidalar depressiyanın subyektiv simptomlarını bir qədər azaltmağa kömək edir”.
Həkimlərin fikrincə, şərab da depressiya riskini azaltmağa kömək edir. “O, beyin səviyyəsində proseslərə təsir edən və həqiqətən də psixikanı bir az sakitləşdirməyə kömək edən bioloji aktiv maddələrdən ibarətdir”, deyə dietoloq Marina Makişa vurğulayıb. Xüsusən də yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün şərabı müəyyən normada axşam qəbul etmək lazımdır.