Şəkərli diabet xəstələri qanda qlükoza səviyyəsinə təsir etdiyi üçün qurudulmuş meyvələrdən uzaq durmalıdırlar. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq İrina Pisareva NEWS.ru ilə söhbətində bildirib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə xurma və kişmiş yüksək glisemik indeksə malik olduğundan imtina etmək lazımdır. Bundan əlavə, mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün zərərli ola bilər.
Mütəxəssis həmçinin quru meyvələri çəki ilə almamağı məsləhət görüb. Onun sözlərinə görə, bu cür məhsulların tərkibində allergiya, bağırsaq və mədə ilə bağlı problemlər yarada bilən təhlükəli mikroorqanizmlər ola bilər. Bundan əlavə, onların hansı şəraitdə və nə qədər müddətə saxlandığı məlum deyil.
Nurlan