Bir çoxumuz sıyığın sağlamlığa aparan yol olduğuna inanaraq böyümüşük. Amma əslində hər şey bu qədər sadə deyil.
Foodinfo.az xəbər verir ki, bəzi sıyıqlar insan orqanizminə zərər verə bilər.
1. Sürətli karbohidratlar. İrmik (manna) sıyığı və tez həll olan sıyıqlar xüsusilə təhlükəlidir. Onlar qanda şəkərin səviyyəsini yüksəldə bilər, bu isə diabet riski yaradır.
2. Yüksək Qİ. Yüksək qlisemik indeksi olan sıyıqlar iştah gətirir, bu isə çəkinizin artmasına səbəb ola bilər.
3. Qida əlavələri. Bəli, mağazadan alınmış sıyıqlarda konservantlar, şəkər və digər kimyəvi maddələr ola bilər.
Bəs nə etmək olar? Qarabaşaq, yulaf, kinoa kimi tam taxıllı dənli bitkilərə üstünlük verin və həmişə qablaşdırmanın üzərini oxuyaraq tərkibə diqqət edin.
Öz qayğınıza qalın və düzgün seçimlər edin.