Qalxanvari vəz, ölçüsünə baxmayaraq, bədənin əsas funksiyalarında — maddələr mübadiləsi, bədən temperaturunun tənzimlənməsi, ürək fəaliyyəti və hətta əhval-ruhiyyənin qorunmasında mühüm rol oynayır.

Foodinfo.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər Yosten Fish və Daniel Smit onun sağlamlığını dəstəkləmək üçün bəzi məhsulların qida rasionuna daxil edilməsini, digərlərindən isə uzaq durmağı tövsiyə edirlər.

Faydalı məhsulların TOP-5-i:

Braziliya qozları — selenlə zəngindir, amma gündə 3 dənədən artıq qəbul etmək olmaz.

Dəniz yosunları — yod mənbəyidir, lakin Hashimoto xəstəliyi zamanı ehtiyatla istifadə edilməlidir.

Yumurtalar — yod, selen və tirozin təmin edərək hormon istehsalına kömək edir.

Mal əti — sinklə zəngindir, immunitet və qalxanvari vəzin funksiyası üçün vacibdir.

Yaşıl yarpaqlı tərəvəzlər — antioksidantlar və B qrupu vitaminlərlə təmin edir.

Zərərli məhsulların TOP-5-i:

Soya — hipotireoz zamanı dərmanların mənimsənilməsinə təsir göstərə bilər.

Kofein — hiperterioz simptomlarını gücləndirir və narahatlıq yaradır.

Xam kələmlər, brokoli və digər xırt-xırtlı tərəvəzlər — goitrogenlərlə zəngindir, qalxanvari vəzin fəaliyyətini azalda bilər.

Şəkər — qlükoza səviyyəsində sıçrayışlar yaradır, şəkər xəstəliyi və qalxanvari vəz problemləri üçün təhlükəlidir.

Transyağlar — beyin və qalxanvari vəz arasındakı əlaqəni pozur, kognitiv funksiyaları pisləşdirir.

Ekspertlər vurğulayırlar ki, qalxanvari vəz xəstəlikləri zamanı qidalanmada dəyişiklik etməzdən əvvəl həmişə həkimlə məsləhətləşmək vacibdir.

Beləliklə, sağlam qalxanvari vəz üçün düzgün qida seçimi bədənin ümumi funksiyalarının qorunmasında əhəmiyyətli rol oynayır.