"Orqanizm yarım kilo ət qəbul edərkən "sağ ol" deməyəcək, ancaq həzmsizliklə cavab verəcək".
Foodinfo.az xəbər verir ki, bunun diyetoloq Natalya Pavlyuk Rusiyanın Radio 1-ə dalğasına müsahibəsində deyib. O, bildirib ki, bir nəfər üçün kababın orta payı 150 qramdan çox olmamalıdır.
Pavlyuk manqal üçün ətin seçilməsi və saxlanmasının vacibliyini qeyd edib. Alınan ət isti havada tez xarab olduğundan soyuducuda saxlanmalıdır.
Bundan əlavə, mütəxəssis yandırılmış ət yeməklə bağlı xəbərdarlıq edib. Bu yandırılmış qabığın tərkibində çox böyük miqdarda zərərli kanserogenlər var. Buna görə də sağlamlığınızı riskə atmamaq üçün əti çox bişirməmək vacibdir.
Leyla