Duzdan çox istifadə etmək ömrü qısaldır.
Türkiyədə iç xəstəlikləri həkimi professor Osman Ərk bu haqda açıqlama verib. Professorun sözlərinə görə xərçəng, yüksək təzyiq, ürək tutması və sümük əriməsi kimi xəstəliklər duzdan çox istifadə etdikdə insan orqanizminə yol tapır:
“Həddindən artıq duz qəbul etmək hər il dünyada 4 milyon insanın həyatına son qoyur. Türkiyə Yaponiya ilə birlikdə gündə 16-18 qram duz qəbul etməklə ilk sırada yer alır. Duz orqanizm üçün lazımdır, çünki damarlarda və əzələlərdə daralmanı təmin edir. Ayrıca hüceyrəyə qida maddələrinin daxil olmasını təmin edir. Buna görə də ancaq gündə 3-5 qram duza ehtiyacımız var”.
Professorun sözlərinə görə çoxlu düz qəbul etmək iflic xəstəliyinə də səbəb olur:
“Normadan artıq duzda istifadə etmək mədə xərçənginə, sümük əriməsinə də səbəb olur. Bununla yanaşı, böyrəklərə zərər verir, ayrıca qan təzyiqini qaldıraraq infarkt və iflic riskini də artırır. Buna görə də həddən artıq duzla qidalanmaqdan qaçmaq lazımdır”. (Moderator.az)