Düzgün qidalanma sağlamlığın ən əsas göstəricilərindən biridir. Təsadüfi deyil ki, bir çox xəstəliklər düzgün qidalanmadıqda yaranır. Qidada zülallar, yağlar, karbohidratlar, vitaminlər və minerallar, həmçinin, lazımi miqdarda su olmalıdır. Orqanizmin normal inkişafı qidalanmanın necə təşkil olunmasından asılıdır. Buna görə də, körpəlikdən qidalanma düzgün olmalıdır.
İlk altı ay ərzində tövsiyə olunan yeganə qida ana südüdür. Ana südü qədər faydalı, keyfiyyətli başqa bir qida yoxdur. 6-cı aydan etibarən isə körpələrin enerji ehtiyaclarını artırmaq üçün əlavə qidalara da başlamaq olar. Əlbəttə ki, bu qidalar körpələrin ayına uyğun olaraq verilməlidir. Yüksək qida dəyəri olmasına baxmayaraq, allergik təsirləri olan yeməklər ön planda saxlanılmamalıdır. Bu dövrdə uşaqlara alma, şaftalı kimi təbii meyvə suları və ya bu meyvələrin püreləri verilə bilər.
Yeniyetmə yaşlarında olan uşaqlar tez-tez ayaqüstü yeməklər (məsələn, "fast-food" və ya "buterbrod" kimi), rəngli qazlı içkilər və s. istehlak edirlər. Bu, orqanizm üçün olduqca zərərlidir. Valideynlər çox vaxt övladlarını lap kiçik yaşlarından konfet, şokolad və digər şirniyyatlara alışdırırlar. Bu da getdikcə onlarda asılılıq yaradır və diabet və piylənmə kimi xəstəliklərə səbəb olur. Bunun əvəzinə yaxşı olar ki, kişmiş, ərik və əncir qurusu kimi meyvə quruları versinlər. Bundan başqa, gün ərzində 3 dəfə yemək yemək məsləhət görülür. Bu yeməklər arasında ən vacibi isə səhər yeməyidir. Çunki yuxuda da bədən enerjisindən istifadə olunur. Müxtəlif tədqiqatlar nəticəsində məlum olmuşdur ki, səhər yeməyi yeyən insanlar daha yaxşı oxuyur, idmanla məşğul olur və daha səmərəli işləyirlər.
Yeniyetmə yaşlarında olanlar çox hərəkətdə olduqları üçün onlarda enerji itkisi yüksək olur. Buna görə onlar da qida dəyərlərinə xüsusi yanaşmalıdırlar. Gündəlik rasionlarına daha faydalı olan süd və süd məhsulları, kərə yağı, heyvan mənşəli züllallar, ət, balıq, meyvə-tərəvəz və s. daxil edilməlidir. Yağ seçimi zamanı isə xüsusilə diqqətli olmaq lazımdır. Əsasən, zeytun və qarğıdalı kimi yağlara üstünlük verməkdə fayda var. "Omega-3" və "Omega- 6" kimi doymamış yağlar da göz və beyinin inkişafına müsbət təsir göstərir.
10-13 yaş arasında orqanizm sürətlə inkişaf etdiyi üçün kalsium tələbatı çox olur. Kalsium çatışmazlığı isə dırnağın qırılması, yuxu pozuntusu, ayaqlarda qıcolmalar, osteoporoz, skolioz kimi xəstəliklərə səbəb olur. Azyaşlı uşaqlarda isə beyin əzələlərinin spazmına və qıcolmaya səbəb olur. Süd-qatıq məhsulları (kefir, kəsmik, yoqurt, bərk pendir növləri), göyərti (xüsusən, brokkoli kələmi, ispanaq, kərəviz, cəfəri) kalsiumla zəngin olan qidalar siyahısına daxildir. 14-16 yaşda isə orqanizmdə daxili sekresiya vəziləri fəal formalaşır. Bu da yeniyetmələrdə sızanaqlara, səpkilərə səbəb olur. Bu dövrdə yağlı qidalar, şirniyyatlar tövsiyə edilmir.
Mütəxəssislərin sözlərinə görə, gündə bir ədəd yumurta, bir-iki kibrit qutusu böyüklüyündə pendir, 1 stəkan süd və ya qatıq, 2 pors göyərti, 2-3 pors meyvə yeyilməlidir. Bu qidaların istifadəsi orqanizmin möhkəmlənməsinə yardımçı olur. Duzlu qidalardan da uzaq olmalı, gündəlik duzun miqdarı 6 qramı keçməməlidir. Yatmazdan 3 saat əvvəl yemək qəbul etmək məsləhət görülmür. Bu zaman bədəndə temperatur, qanda isə şəkər miqdarı qalxır, böyümə hormonu və melatonin istehsalı azalır. Bunlar da pis yuxuya səbəb olur.
Qeyd edək ki, meyvə və tərəvəz, həmçinin, süd və süd məhsulları qəbul edərkən təbii olduğuna əmin olmaq lazımdır.
Düzgün qidalanma sağlamlığın əsasıdır
23 Fevral, 13:17
Oxşar xəbərlər
Çərəzlərin bilinməyən FAYDALARI
26 İyul, 18:30
Böyrəklərə yaxşı təsir edən 5 qida
26 İyul, 14:13
Diyeta zamanı ən çox hansı səhvlər edilir?
25 İyul, 15:41
Maqnezium və dəmir qaynaqları
25 İyul, 10:16
Şəkəri aşağı salan tərəvəzlər
24 İyul, 23:01
Qayğanaq, yoxsa kükü?
24 İyul, 21:47
Xəbər lenti
Həkim keyfiyyətli kürü seçməklə bağlı məsləhətlər verdi
22 Noyabr, 23:54
Dietoloq ən zərərli qidalardan danışıb
22 Noyabr, 22:34
Hemoqlobini artırmağa kömək edən qidalar
22 Noyabr, 21:46
Hazır yemək alarkən bunu mütləq yoxlayın
22 Noyabr, 20:32
Diabet haqqında ən çox yayılmış yanlış təsəvvür
22 Noyabr, 19:49
Pəhrizlə bağlı uğursuzluqların qarşısını almaq yollar
22 Noyabr, 19:09
Xəstəliklər düzgün qidalanmamaqdan yaranır
22 Noyabr, 18:19
Toyuq ətinin faydalı xüsusiyyətləri
22 Noyabr, 17:47
Dietoloq dəniz məhsullarının faydalı xüsusiyyətlərindən danışıb
22 Noyabr, 17:08
Uşaqlara bu yaşdan sonra şirniyyat vermək olar
22 Noyabr, 16:18
Böyrəklərə zərərli qidalar
22 Noyabr, 15:46
Bitki mənşəli zülallara qarşı allergiya
22 Noyabr, 15:07
Həkim iştahın artmasının səbəblərindən danışdı
22 Noyabr, 14:39
Daha uzun yaşamaq üçün bunları yeyin
22 Noyabr, 13:56
Alma qabığı ilə iltihaba son qoyun
22 Noyabr, 13:30
O, ağciyərin ən böyük düşmənidir
22 Noyabr, 12:25
Ürək sağlamlığı üçün çərəz yeyin
22 Noyabr, 11:58
C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
22 Noyabr, 10:03
Buğda bitkisi necə yetişdirilir?
22 Noyabr, 10:00
Bu turşu xərçəng riskini azaldır
22 Noyabr, 09:31
Həkim qidalanmanın əsas qaydalarını sadaladı
21 Noyabr, 23:54
Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb
21 Noyabr, 22:36
Haqqımızda
Foodinfo.az Azərbaycanın ilk qida xəbərləri portalıdır. Foodinfo.az 2018-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Burada sağlam və zərərli qidalar, halal qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqsınız.
- Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev 4/9
- [email protected]
- (+994 50) 330 28 20
Ən çox oxunanlar
Hansı qidaları heç vaxt çayla qəbul etmək olmaz?
16 Noyabr, 22:41
Maqnezium çatışmazlığı niyə təhlükəlidir?
16 Noyabr, 14:39
Ən dadlı naringiləri necə seçmək olar?
16 Noyabr, 15:11
Konservləşdirilmiş meyvə yeməyin faydası varmı?
16 Noyabr, 15:46
Kərə yağını necə düzgün saxlamaq olar?
16 Noyabr, 16:17
Makaron bişirərkən edilən səhvlər
16 Noyabr, 17:12