Bəzi yuxu mövqeləri dərinin vaxtından əvvəl yaşlanmasına səbəb ola bilər. Foodinfo.az *“Regina Dautova”*ya istinadla xəbər verir ki, təcili yardım həkimi Co Uittinqton bildirib ki, yan yuxuda yatmaq üzdə asimmetriya və erkən qırışların əmələ gəlməsinə gətirib çıxarır.
Mütəxəssis izah edib ki, üzün yastığa davamlı təzyiq və sürtülməsi qalıcı qırışların yaranmasına səbəb olur. Hər gecə eyni yerlərdə təzyiq və sürtülmə dərinin əyilməsi və qatlaşmasına gətirib çıxarır, nəticədə yan yuxuda yatmaqla üzdə dikey qırışlar əmələ gəlir və səhər itmir.
Dərini qorumaq istəyənlər üçün həkim iki tövsiyə verib:
-
Mümkün olduqca ardıcıllıqla arxası üstə yatmaq – bu üzə düşən təzyiqi azaldır və səhər üzün şişkinliyini azaldır.
-
Pambıq yastıq üzünü ipək və ya satindən hazırlanmış örtüklə əvəz etmək – hamar səth sürtülməni azaldır və yatarkən qırışların əmələ gəlməsinin qarşısını alır.






