Çörək krakerləri bəzən adi çörəkdən daha çox kalori tuta bilər. Foodinfo.az aif.ru-ya istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis, tibb elmləri namizədi Natalya Denisova bildirib ki, yüksək sortlu buğda unundan hazırlanmış çörək krakerləri ənənəvi çörəkdən demək olar ki, fərqlənmir.

Mütəxəssis deyib ki, çörək krakerində 100 qram üçün yalnız nəm miqdarı bir qədər azdır, lakin kalori tərkibi bəzən daha yüksək ola bilər. Denisova əlavə edib ki, kraker alarkən mütləq tərkibini oxumaq və diqqətlə seçmək vacibdir.

O qeyd edib ki, sağlam qidalanma üçün yalnız “ağıllı seçim” vacibdir, yəni məhsulun tərkibi, kalorisi və qida dəyərləri nəzərə alınmalıdır. Belə yanaşma həm çəkini nəzarətdə saxlamağa, həm də balanslı qidalanmanı qorumağa kömək edir.