Dietoloq Yekaterina Pavlova qeyd edir ki, ən sağlam olan tərəvəz şorbalarıdır.
Foodinfo.az Health 24-ə istinadən xəbər verir ki, o, tərəvəz bulyonunda çoxlu vitamin və mikroelementlər olduğunu qeyd edib. Diyetoloqun fikrincə şorbaları isti yemək olmaz, çünki qaynar su yemək borusunu yandırır. Davamlı olaraq belə olduqda qida borusu xərçəngi riskinə gətirib çıxarır. Qaynar çay içməyə adət etmiş insanlar arasında qida borusu xərçənginə tutulma ehtimalı dəfələrlə çoxdur.