Endokrinoloq Anna Qonçarovanın Findout.ru saytına verdiyi məlumata görə, ekspertlər qarabaşaq yarmasını ən faydalı sıyıq hesab edirlər. Foodinfo.az News.ru-ya istinadən xəbər verir ki, həmçinin quru meyvələrlə hazırlanan digər növ dənli bitkilər yüksək lif tərkibinə görə orqanizmə faydalı təsir göstərir.
Anna Qonçarova qarabaşaq yarmasının unikallığını onun tərkibində mikroelementlərin, liflərin və bitki mənşəli zülalların yüksək olması ilə izah edib. Bundan əlavə, qarabaşaq yarması antibakterial, antiviral və antifungal xüsusiyyətlərə malikdir. Endokrinoloq qarabaşaq bitən sahələrdə alaq otlarının demək olar ki, tamamilə olmamasına diqqət çəkib. Həkim vurğulayıb ki, qarabaşaq yarması sıyığı hər bir insanın pəhrizinə daxil edilməlidir.