Səhər yeməyi üçün səhv vaxt seçmək kilo almağa səbəb ola bilər. Foodinfo.az “Sputnik” radiosuna istinadla xəbər verir ki, səhər yeməyi insanın bütün gün ərzində metabolizmini “tənzimləyir”. Səhər yeməyini təxirə salsanız, bədən enerji toplamağa başlayacaq və bu, əlavə çəkiyə səbəb ola bilər.
Səhər yeməyini gecikdirsəniz, maddələr mübadiləsi sürətiniz azalacaq. Əgər insan səhər heç nə yemirsə, o zaman onun orqanizmi enerjiyə qənaət etməyə başlayacaq, bütün gün ərzində maddələr mübadiləsi sürəti aşağı olacaq və kökəlməyə meylli olacaq. Bu şərtlər altında bir gündə kökəlməməyə çalışmalı olacaqsınız.
Fərid