Hamiləlik dövrü gələcək ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir. Foodinfo.az xəbər verir ki, bu dövrdə gələcək ananın qidalanma vərdişləri həm öz sağlamlığı, həm də körpənin inkişafı üçün böyük rol oynayır. Hamiləlik dövründə yeyilməsi və qaçınılması lazım olan qidalar, gələcək anaların diqqət etməli olduğu əsas məsələlərdəndir.

Hamiləlik dövründə təzə tərəvəz və meyvələr orqanizmi vitamin, mineral və liflə təmin edir. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlərə, portağal və naringi kimi C vitamini ilə zəngin meyvələrə , yerkökü kimi tərkibində beta-karoten olan tərəvəzlərə üstünlük verilməlidir.

Bütün taxıllar zəngin lif, dəmir və B vitaminləri mənbəyidir. Buğda, yulaf və tam buğda çörəyi kimi tam taxıl məhsulları hamiləlik dövründə sağlam qidalanma üçün vacibdir.

Çiy və ya az bişmiş ətlərdə hamiləlik zamanı qida zəhərlənməsinə səbəb ola biləcək bakteriyalar ola bilər. Buna görə də ətin yaxşı bişməsi vacibdir.

Çiy dəniz məhsulları, xüsusilə suşi, listerioz riskini artıra bilər. Bu səbəbdən hamiləlik dövründə çiy dəniz məhsulları istehlak edilməməlidir.

Yüksək miqdarda kofein istehlakı aşağı çəki və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Buna görə də qəhvə, çay, qazlı içkilər kimi kofein tərkibli məhsulların istehlakına diqqət yetirilməlidir.

Hamiləlik dövründə spirt istehlakı körpənin sağlamlığına ciddi zərər verə bilər. Bu səbəbdən heç vaxt spirtli içki qəbul edilməməlidir.

Fərid