SM Klinikasının qastroenteroloqu Yevgeniya Zarubina istidə zərərli olan qidaları adlandırıb.
“Tərkibində çiy yumurta olan yeməklərlə, məsələn, tiramisu və souslarla diqqətli olun. Yanlış saxlansa, salmonellyoza səbəb ola bilər”, - ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, süd və süd məhsullarının tez xarab olduğunu xatırlamaq lazımdır. Ciddi nəticələrin qarşısını almaq üçün saxlama şərtlərinə və qaydalarına riayət etmək lazımdır.
Həkim onu da qeyd edib ki, balıq konservləri, tərəvəzlər, qurudulmuş kolbasa botulizm yarada bilər.