Qış meyvəsi sayılan naringini sevməyən çətin tapılar. Hər gün 1-2 ədədini yemək çox faydalıdır.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq Darya Xaritonova naringinin faydaları barədə danışıb.
Onun sözlərinə görə, bu meyvə zəngin vitamin tərkibinə malikdirlər: kalium, maqnezium, natrium, dəmir, təbii antioksidantlar və faydalı üzvi birləşmələr, B qupundan olan vitaminlər, C, E və A vitaminləri.
Bu tərkib orqanizmə qanda artıq xolesterinlə mübarizə aparmağa və aterosklerozun qarşısını almağa kömək edir.
Hər gün naringi yemək üçün daha dörd səbəb:
1. Mədə-bağırsaq traktının işini normallaşdırır.
2. Stressə dayanıqlığı artırır.
3. Görmə qabiliyyətini yaxşılaşdırır.
4. Xərçəngin inkişafının qarşısını alır.