Zamanəmizdə bir çoxları oturaq həyat tərzi sürdüyü üçün artıq çəkidən əziyyət çəkir. Həkimlər arıqlamaq üçün hərəkətdə olmağın vacibliyini vurğulayırlar, lakin düzgün qidalanma əsasdır.

Foodinfo.az xəbər verir ki, diyetoloq Dina Muhamedişina idman etmədən arıqlamaq istəyənlər üçün "Harvard boşqabı" prinsipinə əməl etməyi məsləhət görüb.

Bunun üçün boşqabınızı vizual olaraq 3 hissəyə bölməlisiniz:

1) 50% - tərəvəzlər (kartofdan başqa).
2) 25% - zülallar (ət, balıq, yumurta, quş əti, paxlalılar).
3) 25% - tam taxıl məhsulları (taxıl, makaron, çörək).

Bundan başqa, rasionunuza rafinə olunmamış bitki yağları əlavə edin, kifayət qədər su için və nə isə "atışdırmaq" istədikdə meyvə yeyin.

Belə qidalanma çəkinizi azaltmaqla yanaşı, ümumi sağlamlığınıza da müsbət təsir göstərir.