Körpəniz böyüdükcə, onun qidalanma ehtiyacları özü ilə birlikdə böyüyür. İlk iki il ərzində hər qida qəbulunun 75 faizinə qədər hissəsi uşağınızın beyninin inkişafına sərf olunur.
Körpənizi bərk qida ilə təmin etməyin vaxtı və düzgün vaxt seçiminin əhəmiyyəti haqqında məlumat burada verilib.
6 aylığına qədər, ana südü hələ də körpənizin bütün enerji və qidalanma ehtiyaclarını qarşılayır.
Körpənizə sizin ana südünüzün ona verə biləcəyindən daha çox enerji və qidalandırıcı maddələr lazım olanda, ona yumşaq qidalar verməyə başlayın.
6 aylığında körpənizə gündə iki dəfə, iki və ya üç qaşıq sıyıq, meyvə və ya tərəvəz püresi kimi yumşaq qida verməyə başlayın.
6 aylığında ana südü ilə qidalanan və qidalanmayan körpələri bərk qidalar ilə qidalandırın. Çox uzun müddət gözləməklə uşağınızı riskə məruz qoya bilərsiz.
6 aylığına qədər
Həyatın ilk saatından 6 aylığına qədər körpəniz böyüyüb inkişaf etmək üçün lazım olan bütün qidalandırıcı maddələri ana südündən əldə edə bilər. Ona bu dövrdə başqa heç nə lazım deyil – nə su, nə çay, nə meyvə şirəsi, nə sıyıq, nə də hər hansı digər məhsullar və ya mayelər.
Mif: Körpələrə bərk qida 6 aylıqlarından öncə lazımdır
Körpənizi ana südü ilə tez-tez qidalandırdığınız zaman, 6 aylığından əvvəl ona əlavə qida verməyə ehtiyac yoxdur və bu ona hətta zərər yetirə bilər.
Körpənizə, 6 aylığından əvvəl, ana südündən başqa, digər qida və mayelər vermək, onun ishal kimi xəstəliklər riskini artıra bilər ki, bu da, onu arıq və zəif edə və hətta həyatı üçün təhlükəli ola bilər. Siz körpənizi həmçinin daha çox ara verərək qidalandıra bilərsiziniz ki, onun ən zəruri qidası – sizin südünüz tədricən azalsın.
Ana südü dünyanın bütün uşaqları üçün həyatlarının ilk 6 ayı ərzində ən təhlükəsiz və sağlam qidadır. Bu, dünyanın hansı yerində yaşamağınızdan asılı olmayaraq, uşağınızın sabit, təhlükəsiz zəruri qidalanma mənbəyidir.
Qidalanma əlamətləri.
Körpənizin hələ 6 aylığından öncə əllərini ağzının ətrafında tutduğunu gördüyünüz zaman, düşünə bilərsiniz ki, sizin verdiyiniz ana südü ona kifayət etmir. Əslində, körpəniz normal qidalanma əlamətləri göstərir, sadəcə olaraq, o, indi əvvəlkindən daha da inkişaf edib. Bu, körpənizin erkən dövrdə bərk qidaya ehtiyacı olduğu demək deyil. Körpəniz 6 aylıq olduğu zaman buna hazır olacaq.
Mif: Oğlanlara ana südündən daha çox qida lazımdır.
Həm qızlar, həm də oğlanlar sağlam, güclü və ağıllı olmaq üçün eyni miqdarda qidaya ehtiyac duyurlar. Sizin ana südünüz bu ilk üç ayda həm oğlunuzun, həm də qızınızın qidalanma ehtiyaclarını təmin edəcəkdir.
6 ay və daha böyük yaş
Uşağınız 6 aylığına çatdıqda, onun sürətli artımı və inkişafı üçün sizin ona ana südü ilə təmin edə biləcəyinizdən daha çox enerji və qidalandırıcı maddələr tələb edir. Artan ehtiyaclarını qarşılamaq üçün ona, ana südü ilə yanaşı, bərk qidalar qəbul etməyə başlamaq lazımdır.
Körpənizi nə zaman bərk qidalar ilə qidalandırmaq olar
Siz onu, qidalanma əlamətləri verdiyini gördüyünüz zaman qidalandırın. Əllərinizi sabunla yuduqdan sonra, körpənizə gündə iki dəfə, iki və ya üç qaşıq sıyıq, meyvə və ya tərəvəz püresi kimi yumşaq qida verməyə başlayın. Əvvəllər olduğu kimi eyni ara ilə onu ana südü ilə bəsləyin.
Ana südü ilə qidalanmayan körpələr
Körpənizi ana südü ilə bəsləmirsinizsə, ona bərk qida verməyin ən yaxşı zamanı yenə də 6 aylığıdır. Bu yaşda bütün körpələr, ana südü ilə qidalananlar və qidalanmayanlar, bərk qida qəbul etməyə başlamalıdırlar ki, onların böyüyüən vücudlarının bütün qida ehtiyacları qarşılansın.
İİV (İnsan immunçatışmazlığı virusu) ilə yaşayanlar
Əgər siz İİV ilə yaşayırsınızsa, körpənizə 6 aylığında ilk bərk qida verin, ARV dərmanlarınızı qəbul etməyə davam edin və müalicə planınıza əməl edin və onu ana südü ilə bəsləməyə davam edin.
Bərk qidaya keçmək üçün həddindən artıq çox gözləməyin.
Körpənizin vücudunun böyüməsinə kömək etmək üçün onun əlavə enerji və qida maddələrinə ehtiyacı var. Çox uzun müddət gözləməyiniz, körpənizin sağlam sürətlə çəkisini artmasını dayandıra habelə onun arıq və zəif olma riskinə məruz qoya bilər.