Tibbi və Bioloji Agentliyin Federal Elmi-Klinik Mərkəzinin qastroenteroloqu, tibb elmləri namizədi, Rusiya Qastroenterologiya Assosiasiyasının üzvü Aleksey Boyarko bildirib ki, bəzi küçə yeməkləri və fastfud yeməkləri xüsusilə yay aylarında toksin mənbəyinə çevrilə bilər. .
Söhbət ilk növbədə səyyar satış məntəqələrində və müvəqqəti küçə kafelərində hazırlanan yeməklərdən gedir. Bu yeməklər infeksiya, salmonellyoz və dizenteriya mənbəyinə çevrilə bilər.
Boyarko qeyd edib ki, iri iaşə müəssisələrində sanitar normalara riayət olunduğu üçün xəstələnmə ehtimalı azdır.
O, keyfiyyəti şübhəli olan süd məhsulları, qablaşdırmasız dondurma almamağı, yumurta, pendir, kolbasa, mayonezdən istifadə edilən yeməklərdən uzaq durmağı, həmçinin şirniyyatlı içkilərdənsə, butulkalarda olanları seçməyi tövsiyə edib.
Qastroenteroloq əlavə edib ki, təzə sıxılmış meyvə və tərəvəz şirələri əvvəlcədən hazırlanıbsa, onları almamaq daha yaxşıdır.