Son illər bir çox insan laktaza, qlüten və ya hətta ət məhsullarından imtina edərək bunun sağlamlıq üçün daha faydalı olduğunu düşünür. Foodinfo.az xəbər verir ki, mütəxəssislər tibbi göstəriş olmadan belə məhdudiyyətlərin vitamin və mineral çatışmazlığına səbəb ola biləcəyini bildirirlər. Britaniyalı qidalanma üzrə mütəxəssis Liza Gilman qeyd edir ki, laktaza qəbul edə bilməyən insanlar kalsium, zülal, B12 və D vitamini çatışmazlığının qarşısını almaq üçün rasionlarını düzgün qurmalıdırlar.

Onun sözlərinə görə, tərkibində laktaza olmayan, lakin qida dəyəri yüksək məhsulları seçmək vacibdir və ən sadə mənbələrdən biri sərt pendirlərdir. Mütəxəssis nümunə olaraq bildirir ki, cəmi 30 qram pendikdə təxminən 220 milliqram kalsium mövcuddur və bu, gündəlik normanın böyük hissəsini qarşılayır. Laktaza intoleransı olanlar üçün laktozasız süd və qatıq növləri də uyğun seçimdir və bu məhsullar tərkibindəki zülal və mikroelementlərlə qida balansını qorumağa kömək edir. Gilman əlavə edir ki, sümüyü ilə birlikdə yeyilən balıq növləri və yaşıl tərəvəzlər də kalsiumla zəngindir və gündə ən azı 700 milliqram bu elementin qəbulu tövsiyə olunur.

Yaşlılar və körpə əmizdirən analar isə gündəlik 1200 milliqrama qədər kalsiuma ehtiyac duyurlar və rasionu buna uyğun tənzimləməlidirlər. Qlüteni qəbul edə bilməyənlər üçün qida seçimi daha genişdir və qarabaşaq, düyü, kinoa, amarant və yulaf kimi məhsullar təhlükəsiz və faydalı hesab olunur. Bu dənli bitkilər həm qida lifləri, həm də minerallar baxımından zəngindir və rasionun tamlığını qorumağa kömək edir. Ekspert bildirir ki, qida rasionunda istənilən məhdudiyyət yalnız həkimlə məsləhətləşdikdən sonra edilməlidir, əks halda bədəndə qida çatışmazlıqları yarana bilər. Sağlam qidalanmanın əsas məqsədi balansı qorumaqdır və düzgün seçilmiş alternativlər orqanizmin ehtiyaclarını tam şəkildə qarşılayır.