Beyin sağlamlığını qorumaq və yüksək iş qabiliyyətini saxlamaq üçün hər yeməkdə düzgün qida balansına riayət etmək vacibdir. Foodinfo.az bildirir ki, bu tövsiyəni həkim Nikita Gur’yanov verib və “ideal boşqab” formulasını təqdim edib.

Həkimə görə, boşqabın yarısı nişastəsiz tərəvəzlərlə dolu olmalıdır — ispanaq, brokoli və ya qarışıq rəngli salat kimi. Bir dörddə biri keyfiyyətli zülalla təmin edilməlidir — qril edilmiş balıq, toyuq döşü və ya mərcimək yaxşı seçimdir. Qalan 25% isə mürəkkəb karbohidratlarla doldurulmalıdır, məsələn, kinoa və ya bulqur.

Bundan əlavə, yeməyə faydalı yağlar əlavə etmək tövsiyə olunur: salata bir qaşıq zeytun yağı və ya bir ovuc qoz-fındıq.

Gur’yanov vurğulayıb ki, balanslı qidalanma yalnız qida ilə məhdudlaşmamalıdır — kifayət qədər yuxu və mülayim fiziki aktivlik də beyinin optimal işləməsi üçün vacib amillərdir.