İnsanlar çox vaxt özləri də bilmədən gündəlik duz normasını aşırlar, halbuki günərzində orqanizmə daxil olan duzun miqdarı 5-7 qramdan çox olmamalıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə "Level Kitchen" xidmətinin diyetoloqu Tatyana Meşeryakova danışıb.

Onun sözlərinə görə, çörək (buğda və ya çovdar), yarımfabrikatlar və kolbasa məhsulları, konservlər, bulyon kubları, mağazadan alınan souslar, zeytun, quru səhər yeməkləri, pendir, ət, balıq və hisə verilmiş qidalarda gizli duzlar olur. 

“100 q buğda çörəyində 488 mq, konservləşdirilmiş balqabaq kürüsündə - 1600 mq, azduzlu siyənəkdə isə 10,7 q natrium var ki, bu da gündəlik normadan 8-9 dəfə çoxdur", - deyə diyetoloq izah edib.

O, duz qəbulunu azaltmağı və yemək bişirərkən duz əlavə etməməyi məsləhət görüb.