Sağlamlıq üzrə ekspert və tibb elmləri namizədi Yevgeniya Xarçenko superfood anlayışının nə demək olduğunu izah edib.
Foodinfo.az xəbər verir ki, o, Gazeta.Ru-ya müsahibəsində bildirib ki, "Superfood” termini ilk dəfə bananı təsvir etmək üçün istifadə edilib. Termin özü elmi deyil, çünki nəyin super qida olduğunu və nəyin olmadığını müəyyən etmək üçün heç bir meyar yoxdur,
Xarçenkonun qeyd etdiyi kimi, superfoodlara təzə meyvə və tərəvəzlər, qoz-fındıq, paxlalılar və bəzi balıq növləri daxildir.
"Bir çox superfoodda müxtəlif vitaminlər, antioksidantlar və lif birləşmələri var və marketoloqlar bundan onları təşviq etmək üçün istifadə edirlər".
Onun sözlərinə görə, alma və kefir kimi bir çox sağlam qidalar super qida sayılmır. Həkim pəhriz tərtib edərkən bütün qida qruplarını daxil etməyi məsləhət görür.
Leyla