
Keçi südündən istehsal edilən bu pendir balanslaşdırılmış qidalanma ilə istehlak edildikdə müxtəlif sağlamlıq faydaları təqdim edir. Qida dəyəri ilə zəngin olan keçi pendiri yağlı və bir qədər sərt quruluşa malikdir. Səhər süfrələrində adi halda istehlak edilən bu pendir xəmir, makaron və qəlyanaltı kimi reseptlərdə də istifadə olunur.
Foodinfo.az keçi pendirinin faydalarını təqdim edir:
Qida maddələri ilə zəngindir: Keçi pendiri zülal, kalsium, D vitamini və fosforla zəngindir. Bu qidalar həm ümumi sağlamlıq, həm də sümük sağlamlığı üçün vacibdir.
Yağ və kalorisi azdır: İnək südü pendirlərindən daha az yağ və daha az kaloriyə malikdir. Bu, kalori və yağ qəbulunu azaltmaq istəyənlər üçün mükəmməl bir qidadır.
Asan həzm olunur: İnək südü zülallarına və ya laktozaya həssas olan insanlar keçi pendirinin daha asan həzm olunduğunu görə bilərlər. Çünki keçi pendiri inək südü pendirlərinə nisbətən daha az laktoza və fərqli zülal ehtiva edir.
Vitamin və minerallarla zəngindir: Keçi pendirinin tərkibində A vitamini, kalium, B2 vitamini və maqnezium var.
Ürək sağlamlığı üçün faydalıdır: Bu pendirindəki yağın əhəmiyyətli bir hissəsi ürəyə faydalı olan doymamış yağlardan və mono doymamış yağlardan ibarətdir. Bu yağlar ölçülü istehlak edildikdə ürək sağlamlığına müsbət təsir göstərir.
Probiotik: Bəzi keçi pendirləri fermentasiya yolu ilə hazırlanır. Bu, bağırsaq sağlamlığını dəstəkləyən probiyotikləri ehtiva edir.
Allergen alternativi: İnək südünə qarşı allergiyası olan insanlar keçi pendirini sınaya bilərlər. Keçi südünün allergik reaksiyalara səbəb olma ehtimalı azdır.