Vegetarianlıq mövzusu həmişə qızğın müzakirələrə və mübahisələrə səbəb olub. Bəzi tədqiqatlar göstərir ki, vegetarian rasionu piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, heyvan mənşəli qidalar olmasa, orqanizm bəzi vacib maddələri qəbul etməyəcək, bu isə sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, Sankt-Peterburqdakı "Euroonko" klinikasının onkologiya şöbəsinin müdiri, onkoloq Anastasiya Maryenko Life-a vegetarianların adi səhvindən danışıb.
Onun sözlərinə görə, vegetarianlığın faydalarından biri insanların çoxlu miqdarda mövsümi tərəvəz və meyvələr yeməsindədir. Bununla belə, bir çox vegetarianlar yalnız istilik emalına məruz qalmış tərəvəz və meyvələri istehlak etməklə səhvə yol verirlər. Dondurmaqdan başqa, istilik emalı məhsullarda əksər mikroelement və vitaminlərin itirilməsinə səbəb ola bilər.
Bundan əlavə, tibbi nöqteyi-nəzərdən, vegetarianlıq müəyyən risklər yarada bilər: hər hansı bir mono-pəhrizə əməl etdikdə orqanizm bir qrup maddədən artıq miqdarda qəbul edə və eyni zamanda digərlərinin çatışmazlığını yaşaya bilər.
Lakin Maryenko digər tərəfdən də ifrata əl atmağı məsləhət görmür: ət sevənlər, steyk və qril həvəskarları da özlərini riskə atırlar. Qırmızı ətin tərkibində kanserogenlər ola bilər. Bu, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan zərərli maddələrdir. Ona görə həkimlər həmişə zəngin və balansllaşdırılmış qidalanmanın vacibliyini vurğulayırlar.